İranın xarici işlər naziri Abbas Əraqçi son 40 gündür davam edən müharibənin regionda təhlükəsizlik anlayışını kökündən dəyişdirdiyini bildirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “IRNA” agentliyinin məlumatına görə, Əraqçi ABŞ tərəfindən təmin edilən təhlükəsizlik konsepsiyasının son hadisələr fonunda öz mahiyyətini itirdiyini və bunun bir illüziya olduğunu bildirib.
İranlı nazirin sözlərinə görə, son həftələrdə baş verən hadisələr xarici hərbi qüvvələrin bölgədəki mövcudluğunun təhlükəsizlik və sabitliyə zəmanət vermədiyini ortaya qoyub.
Əraqçi qeyd edib ki, əksinə, xarici hərbi qüvvələrin regiondakı iştirakı əlavə risk və yük mənbəyinə çevrilib.
Nazirin fikrincə, müharibə zamanı baş verənlər regional dövlətlərin öz təhlükəsizliklərini xarici qüvvələrə həvalə etməsinin nə dərəcədə əsassız olduğunu göstərib.
Əraqçi vurğulayıb ki, yaranmış yeni reallıq fonunda region ölkələri təhlükəsizlik məsələlərinə yanaşmalarını yenidən nəzərdən keçirməli və öz imkanlarına əsaslanan regional təhlükəsizlik mexanizmlərinə üstünlük verməlidirlər.