Əsas məzmuna keç

İrandan Bolqarıstana narkotik vasitə aparan sürücü Naxçıvanda saxlanılıb

İrandan Bolqarıstana narkotik vasitə aparan sürücü Naxçıvanda saxlanılıb

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Bolqarıstana “şüşə”...

Dövlət Komitəsinin Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda ərazisindən tranzit keçməklə İrandan Bolqarıstana “şüşə” yükü aparan vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinindəki yatağın içərisində xüsusi düzəldilmiş bölmədə gizlədilən 7 bükümdə ümumi təmiz çəkisi - 1 kq 508,075 qram - qurudulmuş marixuana və 24 bükümdə ümumi təmiz çəkisi - 7 kq 882,581 qram narkotik vasitə - həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…