İranda qız məktəblərində baş verən və ölkədə etirazlara səbəb olan kütləvi zəhərlənmə halları ilə bağlı 100-dən çox şəxsin müəyyən edilərək saxlanıldığı bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda İranın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamada saxlanılanların bəzilərinin düşmənçilik niyyəti olan şəxslər olduğu, onların insanlar və tələbələr arasında qorxu və təşviş yaratmağa çalışdığı, terror təşkilatları ilə əlaqəsi olub-olmadığının müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdirildiyi qeyd edilib.
Məlumatda həmçinin, ötən həftədən zəhərlənmə hallarının sayının xeyli azaldığı vurğulanıb.