Əsas məzmuna keç

İranda fəhlələrin tətili genişlənir

İranda fəhlələrin tətili genişlənir

bu barədə “Amerikanın səsi” radiosunun fars redaksiyası məlumat yayıb. Bildirilib ki, İranın İraqda fəaliyyət göstərən “Niru-ye-Şaql” müəssisəsinin...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İranın Abadan şəhərindəki Emalı Zavodu fəhlələrinin 4 gündür başladığı tətilə başqa şəhərlərdən də işçilər qoşulur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Amerikanın səsi” radiosunun fars redaksiyası məlumat yayıb.

Bildirilib ki, İranın İraqda fəaliyyət göstərən “Niru-ye-Şaql” müəssisəsinin işçiləri həmkarlar təşkilatının çağırışı ilə əməkhaqlarının artırılması ilə aprelin 25-dən tətilə başlayıb. İraqın neft və layihələrində fəaliyyət göstərən İranın podratçı şirkətlərinin fəhlələri də tətil edir.

İran Azad Fəhlələr İttifaqının məlumatına görə, əvvəlki kimi bu gün də müxtəlif sənaye sahələrində, o cümlədən neft-qaz, neft-kimya və poladəritmə sənayesində layihə işçiləri seminarlara qatılmaqdan imtina ediblər.

“Qaçsaran” neft-kimya müəssisəsi, “Tiam Sanat” şirkətinin işçiləri də əməkhaqlarının artırılması tələbi ilə tətilə başlayıblar.

İttifaqdan bildirilib ki, aprelin 25-də Xuzistanda poladəritmə müəssisəsinin, “Pars Nesab Karun” şirkətinin işçiləri də maaş artımının olmamasına etiraz olaraq tətilə qoşulublar. Tehranda neft-emalı, “Niru Niro” şirkətinin işçiləri, habelə Xəyyam Nişapur poladəritmə müəssisəsinin, Təmkar şirkətinin də fəhlələri tətilə başlayıb. Aprelin 25-də İranın ən mühüm sektorlarından biri olan “Behbahan Bidbland 2” Neft Emalı Zavodu layihəsində çalışan işçilər də aksiyaya qoşulub.

Tehran Metropoliteni Əməliyyat Şirkətinin komanda mərkəzinin əməkdaşları ayrı-seçkiliyə, əməkhaqlarının ödənilməməsinə, işsizliyə etiraz olaraq şəhər şurasının binası qarşısında aksiyaya başlayıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…