Operativ Məlumat Mərkəzi

İranda daha bir nəfər edam edilib

1 dəq
Paylaş:
İranda daha bir nəfər edam edilib
ölüm hökmü səhər saatlarında icra edilib. İranın Ali Məhkəməsi də hökmü təsdiqləyib. İsrailin "casusu" adlandırılaraq edam edilən şəxs bəluc etnik...

İranda İsrailin "Mossad" kəşfiyyat orqanına casusluğa görə mühakimə olunmuş şəxs edam olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ölüm hökmü səhər saatlarında icra edilib.

İranın Ali Məhkəməsi də hökmü təsdiqləyib. İsrailin "casusu" adlandırılaraq edam edilən şəxs bəluc etnik qrupunun nümayəndəsidir.

O, “Mossad”la yanaşı digər xarici xüsusi xidmət orqanlarına casusluğa görə də ittiham olunurdu. Sistan-Bəlucistan əyalətinin məhkəməsi onu məhz xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə edama məhkum edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər