Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Ukraynaya xəbərdarlıq etdi: Xəzər dənizindəki hücuma cavab veriləcək

2 dəq
Paylaş:
İran Ukraynaya xəbərdarlıq etdi: Xəzər dənizindəki hücuma cavab veriləcək

İran parlamentinin Milli və Xarici Siyasət Komissiyasının sədri Ukraynaya qarşı sərt bəyanatla çıxış edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Əzizi hesabında paylaşdığı açıqlamada İrana qarşı istənilən hücumun cavabsız qalmayacağını vurğulayıb.

Bildirilib ki, o, rəsmi Kiyevin yaxın zamanda bunun nəticələrini görəcəyini bildirərək, ABŞ və İsrailin də bu məsələdən xəbərdar olduğunu qeyd edib. Əzizi Ukraynanın yanlış addım atdığını və İranın özünə qarşı yönəlmiş hərəkətləri cavabsız qoymayacağını bəyan edib.

Məlumata görə, gərginlik şənbə günü səhər saatlarında dənizində İranın ticarət gəmisinə edilən hücumdan sonra yaranıb. İddialara əsasən, tərəfindən həyata keçirilən hücum nəticəsində bir dənizçi həlak olub, daha biri isə yaralanıb.

İran Xarici İşlər Nazirliyi isə hadisəni BMT Nizamnaməsinin pozulması və müharibənin miqyasını genişləndirə biləcək təcavüz aktı kimi qiymətləndirərək kəskin şəkildə pisləyib. Nazirlik İranın milli təhlükəsizliyini qorumaq üçün legitim müdafiə hüququndan istifadə etmək hüququnu özündə saxladığını bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax