Operativ Məlumat Mərkəzi

İran və BƏƏ prezidentləri regional vəziyyəti müzakirə ediblər

1 dəq
Paylaş:
İran və BƏƏ prezidentləri regional vəziyyəti müzakirə ediblər
məlumatı “Mehr” agentliyi yayıb. Bildirilib ki, hökumət başçıları danışıq zamanı regional problemlər, ikitərəfli əməkdaşlığın inkişafına dair fikir...

İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan arasında telefon danışığı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, hökumət başçıları danışıq zamanı regional problemlər, ikitərəfli əməkdaşlığın inkişafına dair fikir mübadiləsi ediblər.

Məlumata görə, onlar ikitərəfli münasibətləri ümumi maraqlara xidmət edəcək, xalqların rifahına və tərəqqisinə töhfə verəcək şəkildə gücləndirmək yollarından danışıblar.

Prezidentlər qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələləri nəzərdən keçirərək son hadisələr, xüsusilə, Yaxın Şərqdəki vəziyyətə diqqət yetiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər