Operativ Məlumat Mərkəzi

İran MAQATE-dən hücuma məruz qalmış nüvə obyektləri üçün xüsusi protokol tələb edir

2 dəq
Paylaş:
İran MAQATE-dən hücuma məruz qalmış nüvə obyektləri üçün xüsusi protokol tələb edir

İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Atom Enerjisi Agentliyinin () ötən ilin iyun ayında ölkənin nüvə obyektlərinə edilən hücumlarla bağlı aydın mövqe nümayiş etdirməsini edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Eslami bildirib ki, müfəttişlərin həmin obyektlərə girişinə icazə verilməzdən əvvəl agentlik ABŞ və İsrailin bu müdaxilələrinə münasibət bildirməlidir.

Eslaminin sözlərinə görə, MAQATE-nin baş direktoru Rafael Qrossiyə rəsmi məktub ünvanlanaraq, bombalanmış ərazilərə baxış keçirilməsi üçün xüsusi təlimatların hazırlanması istənilib.

O, Tehranın ötən ilin sentyabrında keçirilən MAQATE-nin Baş Konfransında nüvə obyektlərinə hücumların qadağan edilməsi ilə bağlı təklif irəli sürdüyünü, lakin bu təşəbbüsün nəzərə alınmadığını vurğulayıb.

İran rəsmisi agentliyin mövqeyini belə tənqid edib:

“Agentlik öz nəzarəti altında olan və qeydiyyata alınmış nüvə müəssisələrinə qarşı hərbi hücumlarla bağlı rolunu dəqiqləşdirməlidir. İsrail və ABŞ-nin təzyiqi ilə İrana qarşı tətbiq edilən yanaşma qeyri-real, qeyri-peşəkar və ədalətsizdir. Hərbi zərbələr zamanı hədəf alınan obyektlər üçün ekoloji risklər nəzərə alınaraq xüsusi təftiş protokolları hazırlanmalıdır”.

Hazırda MAQATE müfəttişləri İrandakı 16 nüvə obyektindən 13-nə daxil ola bilsələr də, hücumlar nəticəsində zərər görmüş Nətənz, Fordo və İsfahandakı əsas mərkəzlərə giriş hələ də təmin edilməyib. Rafael Qrossi isə öz növbəsində, İranın zənginləşdirilmiş uran ehtiyatları üzərində nəzarətin itirilməsindən narahatlığını ifadə edərək, bu vəziyyətin sonsuza qədər davam edə bilməyəcəyini xəbərdar edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax