İranın Hüquqi Tibb Təşkilatının rəhbəri Abbas Məscidi açıqlayıb ki, ölkədə davam edən müharibə nəticəsində ölənlərin sayı 3000-dən çoxdur.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, Məscidi daha dəhşətli statistikanı da bölüşüb:
“Ölənlərin 40%-nin cəsədləri o qədər zədələnib ki, onları ekspertizasız tanımaq mümkün deyil.”
Bu, müharibənin nə qədər dağıdıcı və fəlakətli olduğunu göz önünə sərir.
Ekspertlər hesab edirlər ki, bu rəqəm yalnız rəsmi qeydlərə əsaslanır və gerçək itkilərin daha yüksək ola biləcəyi ehtimalı var.