İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai ABŞ-ni Hörmüz boğazında vəziyyəti sabitsizləşdirməkdə ittiham edib və yaranmış vəziyyətin qlobal nəticələrinə görə Vaşinqtonu məsuliyyət daşımaqda günahlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bəqai bildirib ki, 28 fevrala qədər Hörmüz boğazı tamamilə açıq olub, lakin həmin tarixdə ABŞ və İsrailin İrana hücumundan sonra bölgədə vəziyyət dəyişib.
İran rəsmisi Vaşinqtonu regionda qanunsuz və amansız müharibəyə başlamaqda ittiham edib.
O qeyd edib ki, bunun nəticəsində kommersiya gəmiçiliyinin normal fəaliyyəti pozulub, neft kəmərlərinin işi dayanıb, ticarətə zərər dəyib və enerji qiymətləri artıb.
Baqai ABŞ-nin hazırkı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə hesabat təqdim edərək məsuliyyəti İranın üzərinə atmağa çalışdığını iddia edib.
"ABŞ müharibəyə başladı, amma bütün dünyanın bunun əvəzini ödəməsini gözləyir və eyni zamanda İranı bu xaosun səbəbi kimi göstərir. Bu, tamamilə absurddur", - Baqai bildirib.