Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran XİN: "Hər hansı hücuma qarşı özümüzü müdafiə etməyə hazırıq"

2 dəq
Paylaş:
İran XİN: "Hər hansı hücuma qarşı özümüzü müdafiə etməyə hazırıq"

İranın naziri Abbas Araqçı Təşkilatının (BMT) Cenevrə ofisində keçirilən Tərksilah Konfransında mühüm bəyanatlarla çıxış edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazir qlobal sülh və arxitekturasının son illərdə görünməmiş gərginliklər və mürəkkəb çağırışlarla üzləşdiyini, bunun isə dünya sabitliyi üçün ciddi risklər yaratdığını bildirib.

Araqçı bəzi ölkələrin təhlükəsizlik doktrinalarında nüvə silahlarından asılılığın artdığını vurğulayaraq, bəşəriyyətin hazırda 12 mindən çox nüvə başlığının kölgəsində yaşadığını qeyd edib.

O, İran tərəfinin nüvə proqramının tamamilə sülhməramlı xarakter daşıdığını və bu istiqamətdəki bütün narahatlıqları aradan qaldırmağa hazır olduqlarını diqqətə çatdırıb.

Çıxış zamanı nazir ABŞ-nin "Birgə Hərtərəfli Fəaliyyət Planı"ndan (JCPOA) birtərəfli qaydada çıxmasını tənqid edərək, bu addımın etimada ağır zərbə vurduğunu bildirib.

“İran hər zaman nəticəyə yönəlmiş və mənalı dialoqa hazırdır. Cenevrədə ABŞ nümayəndələri ilə ikinci raund danışıqlar keçirilib. Tərəflər arasında əsas prinsiplər üzrə ilkin razılıq əldə olunub”.

Sonda nazir ölkəsinin qabiliyyətinə toxunaraq xəbərdarlıq edib:

"İran hər hansı təhdid və ya hücum aktına qarşı özünü müdafiə etməyə tam hazırdır. Ölkəmizə qarşı yönələcək hər hansı hücumun nəticələri yalnız region və sərhədlərimizlə məhdudlaşmayacaq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax