İran özünümüdafiə hüququ çərçivəsində İsrailə hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" "ISNA" xəbər agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə prezident İbrahim Rəisi çıxış edib.
“İranın qanuni özünümüdafiə hüququ olan bu qoruyucu tədbir sionist rejimin İranın məqsəd və maraqlarına qarşı təcavüzkar hərəkətlərinə cavab olaraq hazırlanıb və həyata keçirilib”, - deyə Rəisi bildirilib.