İran Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTOLAR

İran Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTOLAR
28.04.2025 12:22
Aa
dəq

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İran İslam Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Həftənin ən çox oxunanları