İran Pentaqon rəhbəri Pit Heqset tərəfindən İranın “Daş dövrünə” qaytarılması ilə bağlı səsləndirilən hədəyə cavab verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Agentlik ölkənin Əhəmənilər İmperiyası sərhədləri daxilində bərpa edilməsini təklif edib. Nəşrdə İranın “Daş dövrü” xəritəsi də yer alıb və bu xəritə daha geniş əraziləri, o cümlədən qonşu qitələrdəki torpaqları əhatə edib.
Məlumata görə, paylaşımda “siz onun bərpasında israr edirsinizmi?” ifadəsi də yer alıb.