Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran MAQATE-ni Buşehr AES-ə hücumlara görə ittiham etdi

2 dəq
Paylaş:
İran MAQATE-ni Buşehr AES-ə hücumlara görə ittiham etdi

BMT-nin Atom Enerjisi Agentliyinin hərəkətsizliyi Atom Elektrik Stansiyası kimi nüvə obyektlərinə qarşı “təcavüzü alovlandırır”.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.

Məlumatda bildirilib ki, bu açıqlama 6 apreldə tərəfindən Rafael Qrossiyə ünvanlanan məktubda verilib.

Eslami bildirib ki, İranın yeganə fəaliyyətdə olan nüvə elektrik stansiyasına artıq dörd dəfə hücum edilib və aprelin 4-də baş verən son hücum zamanı bir mühafizəçi həlak olub, bir neçə nəfər isə yaralanıb.

O xəbərdarlıq edib ki, bu cür hücumlar fəaliyyətdə olan reaktordan radioaktiv materialların yayılmasına səbəb ola bilər ki, bu da insanlar, və qonşu ölkələr üçün “geri dönməz nəticələrə” yol açar.

Eslami hücumları beynəlxalq hüququn açıq şəkildə pozulması adlandırıb və agentliyin “qətiyyətli tədbir görməməsini” tənqid edərək, sadəcə narahatlıq ifadə etməyin kifayət olmadığını, əksinə, daha çox hücumlara səbəb ola biləcəyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax