Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İrandan İsrailə yeni raket hücumu

1 dəq
Paylaş:
İrandan İsrailə yeni raket hücumu

İsrailin Müdafiə Ordusu, İrandan ölkəyə doğru həyata keçirilən növbəti buraxılışlarını aşkar edib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, İsrail Ordusu bu barədə rəsmi "Teleqram" kanalında xəbər verib.

Qeyd edilir ki, İsrail Ordusu atılan raketləri havada ələ keçirir. "Ynet" nəşrinin məlumatına görə isə, İsrailin şimalında hava sirenləri səslənib.

Xatırladaq ki, fevralın 28-də İsrail, İrana qarşı birgə əməliyyata başlayıb. Buna cavab olaraq İran, İsrail ərazisinə raket zərbələri endirib. Bundan əlavə, İran qüvvələri Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

Yaxın Şərqdəki gərgin vəziyyətlə əlaqədar regionun bir sıra ölkələri öz hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın Ali rəhbəri Əli Xamenei, ABŞİsrailin hücumları nəticəsində öldürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax