İran silahlı qüvvələri İsrail istiqamətində raket zərbələri endirməyə başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" İran mediasına istinadən xəbər verir ki, bu addım rəsmi Tehranın cavab tədbirləri çərçivəsində həyata keçirdiyi əks-hücum əməliyyatının başlanğıcı kimi qiymətləndirilir.
Hadisə ilə bağlı hələlik rəsmi itkilər barədə məlumat verilməsə də, bölgədə gərginliyin pik həddə çatdığı bildirilir.
Ekspertlər bu hücumun Yaxın Şərqdə daha böyük hərbi münaqişəyə yol aça biləcəyindən narahatlıqlarını ifadə edirlər.