Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran uranı 90 faiz zənginləşdirə bilər

1 dəq
Paylaş:
İran uranı 90 faiz zənginləşdirə bilər

İran parlamentinin milli və xarici siyasət komitəsinin sözçüsü İbrahim ölkəyə qarşı yeni hücum olacağı təqdirdə Tehranın 90 faizə qədər zənginləşdirə biləcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iranlı deputat bu barədə X sosial şəbəkəsində paylaşım edib.

“Başqa bir hücum halında İranın seçimlərindən biri uranın 90 faiz zənginləşdirilməsi ola bilər. Biz bunu parlamentdə nəzərdən keçirəcəyik”, - deyə Rezai qeyd edib.

İran rəsmisinin açıqlaması bölgədə gərginliyin artdığı və ətrafında təhlükəsizlik narahatlıqlarının davam etdiyi bir vaxtda səsləndirilib.

Qərb ölkələri uzun müddətdir ki, İranın nüvə proqramının mümkün məqsədlərlə istifadə oluna biləcəyindən narahatlıq ifadə edir. Tehran isə nüvə fəaliyyətinin yalnız dinc məqsədlər daşıdığını bildirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax