İran mətbuatı Azərbaycanın lokal antiterror tədbirindən yazıb

İran mətbuatı Azərbaycanın lokal antiterror tədbirindən yazıb
21.09.2023 22:40
Aa
dəq

Azərbaycan Ordusunun sentyabrın 19-da həyata keçirdiyi lokal antiterror tədbirlərini uğurla başa çatdırması İran mətbuatında əks olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İranın “Ghatreh”, “Fardanews”, “Ecoiran”, İRNA, “Mehr” və digər informasiya agentliklərinin saytlarında verilən materiallarda Azərbaycan Ordusunun 24 saat ərzində Qarabağda lokal antiterror tədbiri keçirdiyi deyilir.

Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən sitat gətirilib. Qeyd olunub ki, Azərbaycan öz məqsədinə nail olaraq suverenliyini bərpa etdi. Prezident İlham Əliyev orduya antiterror tədbirləri zamanı mülki əhalinin təhlükəsizliyinin təmin olunması haqqında əmr verib.

Dərc olunan xəbərlərdə nəzərə çatdırılıb ki, Prezident Qarabağın erməni əhalisinin təhlükəsizliyinə və hüquqlarının qorunmasına zəmanət verib.

AZƏRTAC

Həftənin ən çox oxunanları

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı artıb

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı artıb
DAVAMIN OXU davamın oxu

Aİ ölkələrində Rusiya KİV-lərinin fəaliyyəti qadağan edilib

Aİ ölkələrində Rusiya KİV-lərinin fəaliyyəti qadağan edilib
DAVAMIN OXU davamın oxu

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib
DAVAMIN OXU davamın oxu

MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edib

MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edib
DAVAMIN OXU davamın oxu

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
DAVAMIN OXU davamın oxu