Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

TƏCİLİ: İran Hörmüz boğazında hərəkəti bağlaya bilər - Mina təhlükəsi

2 dəq
Paylaş:
TƏCİLİ: İran Hörmüz boğazında hərəkəti bağlaya bilər - Mina təhlükəsi

ticarət gəmilərinin keçidi üçün açıqdır, lakin minalar səbəbindən texniki məhdudiyyətlər ola bilər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İran nazirinin müavini Səid Xətibzadə Antalya Diplomatiya Forumu çərçivəsində NTV telekanalına müsahibəsində bəyan edib.

"Bu məsələdə bizim üçün heç bir qeyri-müəyyənlik yoxdur. Qarşı tərəf adından danışa bilmərəm, onların siyasəti hamını çaşdırmağa hesablanmış ola bilər. Hörmüz boğazı ticarət gəmilərinin keçidi üçün açıqdır. Əlbəttə, söhbət atəşkəsdən sonrakı dövrdən gedir. Minalar və məsələləri səbəbindən bir sıra texniki məhdudiyyətlər ola bilər", - o bildirib.

Xətibzadə qeyd edib ki, Hörmüz boğazı blokadada deyil.

Daha əvvəl İranın "Xatəm əl-Ənbiya" komandanlığıın mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqari İran Silahlı Qüvvələrinin Hörmüz boğazı üzərində hərbi nəzarəti bərpa etdiyini bəyan etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax