Digər ölkələrin İsraili dəstəkləməsi onun HƏMAS hərəkatı ilə münaqişəsinə yeni oyunçuların daxil olmasına səbəb ola bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı zamanı edib.
“Sionist rejimin cinayətlərinin davam etməsi, onun birbaşa dəstəyi və digər dövlətlərin köməyi vəziyyəti çətinləşdirir və arenaya yeni oyunçuların daxil olmasına səbəb ola bilər. Biz Qəzzada dinc sakinlərə qarşı irimiqyaslı və qəddar hücumların davam etməsindən son dərəcə narahatıq. Bu cür vəhşi davranış qəbuledilməzdir və digər hökumətlər buna uyğun cavab verməlidir".