İran özünün əsas Cənubi Pars qaz yataqlarına zərbə endirildiyini iddia edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hədəflər İranın cənubundakı Buşehr əyalətinin Əsəluyə şəhərində yerləşib.
Məsələ ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd olunub ki, İran Qətərlə Fars körfəzində neft yatağını paylaşır. Hücumu İsrailin, yoxsa ABŞ-nin həyata keçirib-keçirmədiyi bəlli deyil.
ABŞ bu yaxınlarda İranın əsas neft terminalının yerləşdiyi Fars körfəzindəki Xarq adasına zərbə endirib.