Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Bəhreyn və Səudiyyə Ərəbistanındakı ABŞ obyektlərinə hücum etdi

2 dəq
Paylaş:
İran Bəhreyn və Səudiyyə Ərəbistanındakı ABŞ obyektlərinə hücum etdi

Bəhreyndə pilotsuz aparatının (PUA) hücumu nəticəsində ABŞ Müdafiə Nazirliyinin iki əməkdaşı yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, PUA nazirlik əməkdaşlarının yerləşdiyi otelə zərbə endirib.

Eyni zamanda, İranın dövlət televiziyası SEPAH-ın (İslam İnqilabı Keçşikçiləri Korpusu) Bəhreyndəki ABŞ aviabazasına hücum etdiyini bildirib.

Paralel olaraq, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində ABŞ səfirliyində PUA partlayışından sonra yanğın baş verib.

nümayəndəliyə hücum faktını təsdiqləyərək, dəymiş ziyanın cüzi olduğunu qeyd edib.

ABŞ Prezidenti Donald Tramp hücumlardan sonra "NewsNation" kanalına verdiyi açıqlamada cavab tədbirlərinin gecikməyəcəyini vurğulayıb.

O, ABŞ obyektlərinə və ya ərazisinə edilən hücumları müharibənin bir hissəsi kimi qiymətləndirib:

"İnsanların xoşuna gəlsə də, gəlməsə də, bu, müharibənin bir hissəsidir. Tezliklə cavabımızın necə olacağını öyrənəcəksiniz".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax