Operativ Məlumat Mərkəzi

İran: ABŞ-ın sanksiyaları, təhdidləri danışıqlarda ciddiliyə inamsızlığı artırır

1 dəq
Paylaş:
İran: ABŞ-ın sanksiyaları, təhdidləri danışıqlarda ciddiliyə inamsızlığı artırır
bu barədə İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilib. Görüşdə Əraqçi Quterreşi ABŞ-la danışıqlar prosesi haqqında...

İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilib.

Görüşdə Əraqçi Quterreşi ABŞ-la danışıqlar prosesi haqqında məlumatlandıraraq, İranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməkdə israrlı olduğunu və bunun zənginləşdirilməsini tələb etdiyini bildirərək, ABŞ-ın danışıqlar zamanı Tehranın uranı zənginləşdirmək istəyinə qarşı çıxdığına diqqət çəkib.

Ərakçi deyib: "İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzvü kimi öz öhdəliklərinə sadiq qalmasına baxmayaraq, nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməkdə israrlıdır ki, bu da zənginləşdirməni (uranın) tələb edir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər