İordaniya mətbuatı Azərbaycanın mina problemindən yazıb

İordaniya mətbuatı Azərbaycanın mina problemindən yazıb
07.04.2024 17:21
Aa
dəq

Azərbaycan Xarici İşlər Nazirliyinin 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanatı İordaniya mediasında geniş işıqlandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfirliyindən Azərtac-a bildiriblər ki, bu ölkənin geniş oxucu kütləsinə malik “alordoon.com”, “nayrouz.com”, “orobanews.com”, “johinanews.com” və “nbnjo.com” xəbər portalları həmin bəyanatı dərc ediblər.

Bəyanatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən hərbi işğalı zamanı, habelə hazırkı postmünaqişə dövründə mina təhdidindən əziyyət çəkdiyi, mina təhdidinin davam etdiyi, müharibədən sonra baş verən mina partlayışları zamanı ümumilikdə 350 azərbaycanlının mina qurbanına çevrildiyi, onlardan 50-si mülki şəxs, 15-i hərbi qulluqçu olmaqla, 65 nəfərin həyatını itirdiyi vurğulanıb. Eyni zamanda, mina hadisələrinin əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdiyi məkanlarda baş verməsinin Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyinin sübutu, bunun da öz növbəsində İrəvan tərəfindən azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlüyün növbəti təzahürü olduğu diqqətə çatdırılıb.

Həftənin ən çox oxunanları

KTN-də yeni təyinat - FOTO

KTN-də yeni təyinat - FOTO
DAVAMIN OXU davamın oxu

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda iki günlük təlim başa çatıb

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda iki günlük təlim başa çatıb
DAVAMIN OXU davamın oxu

MŞ Vasif Səmədovun vəfat ilə bağlı başsağlığı verib

MŞ Vasif Səmədovun vəfat ilə bağlı başsağlığı verib
DAVAMIN OXU davamın oxu

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
DAVAMIN OXU davamın oxu

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb
DAVAMIN OXU davamın oxu