Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Təyyarədə dəhşətli anlar: Mühərrik hissəsi pəncərəni dağıtdı

2 dəq
Paylaş:
Təyyarədə dəhşətli anlar: Mühərrik hissəsi pəncərəni dağıtdı

ABŞ Milli Təhlükəsizliyi Şurası () iyulun 10-da baş verən qorxulu aviasiya insidenti ilə bağlı ilkin hesabat yayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, zamanı təyyarənin sağ mühərrikindən qopan metal kabin pəncərəsinə çırpılaraq şüşəni dağıdıb.

Pəncərənin qırılması nəticəsində yaranan təzyiq fərqi sərnişinlərdən biri – Serbiya vətəndaşı Lyubisa Karoviç üçün təhlükəli vəziyyət yaradıb. Onun başı və sağ çiyni yaranan təzyiq fərqi nəticəsində qırılmış pəncərədən çölə doğru çəkilib.

Ağır yaralanan sərnişini həyat yoldaşı Svetlana Qrkoviç Maksimoviç və digər iki sərnişin ayaqlarından tutaraq təyyarənin daxilində saxlamağa nail olublar.

Təyyarə heyətinin bildirdiyinə görə, qalxışdan sonra mühərrikdə güclü vibrasiya barədə xəbərdarlıq alınıb. Ekipaj dərhal mühərrikin gücünü azaldaraq vəziyyəti yoxlamağa başlayıb.

Vibrasiyanın dayanmasından sonra təyyarə avtopilot rejimində uçuşunu davam etdirib. Lakin qısa müddət sonra heyət şiddətli partlayış səsi eşidib.

Hadisənin ciddiliyini anlayan ekipaj fövqəladə vəziyyət elan edərək geri qayıtmaq qərarına gəlib.

Kabin heyəti oksigen maskaları açılmamışdan əvvəl duman qoxusu hiss etdiklərini bildirib. Daha sonra bir sərnişinin qırılan pəncərəyə sıxıldığını görən ekipaj təcili tibbi yardım çağırıb.

Təyyarə havaya qalxdığı Saloniki Hava Limanına təhlükəsiz şəkildə eniş edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax