Ermənistanda keçirilən parlament seçkilərindən sonra hakim "Mülki müqavilə" partiyasında yeni parlamentin rəhbər heyətinin formalaşdırılması ilə bağlı müzakirələr başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "Hraparak" qəzetinə istinadən xəbər verir ki, partiya daxilində artıq yüksək vəzifələr, xüsusilə də parlament spikeri postu uğrunda ciddi mübarizə gedir.
Mənbənin iddiasına görə, partiya daxilində spiker vəzifəsi üçün ən şanslı namizəd kimi hazırkı fraksiya rəhbəri Hayk Kondjoryanın adı hallanır. Partiya üzvlərinin bir qismi hazırkı spikerin vəzifəsini tərk etməli olduğunu düşünür.
Digər iddialı namizəd isə vitse-spiker Ruben Rubinyandır. Lakin onun xasiyyətinin konfliktli olması və konstruktiv dialoq qurmaqda çətinlik çəkməsi partiya daxilində ona qarşı müəyyən narazılıqlar yaradır.
Bundan əlavə, Ermənistanın ABŞ-dəki keçmiş səfiri Lilit Makuntsun da namizədliyi hələ də müzakirə mövzusudur.
Baxmayaraq ki, onun bu posta təyin olunma ehtimalı aşağı qiymətləndirilir, əvvəllər məhz onun əsas namizədlərdən biri olduğu barədə xəbərlər yayılmışdı.