Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Vilayət Eyvazov Qazax və Ağstafada

2 dəq
Paylaş:
Vilayət Eyvazov Qazax və Ağstafada

naziri general-polkovnik iyunun 3-də və 4-də Qazax rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir əvvəlcə Qazax rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Şöbəsinin inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 211 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov DİN DQ-nin Ağstafa rayonunda hərbi hissəsində polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 238 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax