Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İntensiv yağışlar nə qədər sığorta zərərinə səbəb olub?

2 dəq
Paylaş:
İntensiv yağışlar nə qədər sığorta zərərinə səbəb olub?

Aprelin 4-6-da Azərbaycanda qeydə alınmış nəticəsində 600-dən çox sığortalı zərər görüb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə " Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə istinadən xəbər verir.

Qurumun yerli sığorta bazarı iştirakçılarından aldığı bu günə olan son dəqiq məlumatlara görə, sığorta hadisələri ilə bağlı 5 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 620 müraciət daxil olub. Bu müraciətlərin 417-si "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü, 75-i "Kasko" ("Avtonəqliyyat vasitələrinin sığortası") sığorta növü, 103-ü "Daşınmaz əmlakın icbari sığortası" növü, 25-i isə "Əmlakın yanğından və digər risklərdən sığortası" növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

Qiymətləndirilmiş 442 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 311 min 720 manat müəyyənləşdirilib. Qalan 178 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.

Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 500 min manatı ötəcəyi proqnozlaşdırılır.

Hesabat dövründə sığorta şirkətlərinə daxil olmuş üzrə hadisələrin 71 %-i paytaxt Bakıda, 29 %-i isə respublikamızın digər bölgələrində (xüsusilə ərazisində) qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax