Əsas məzmuna keç

İntensiv yağışlar, daşqınlar gözlənilir

İntensiv yağışlar, daşqınlar gözlənilir

Qeyri-sabit oktyabrın ortalarına kimi davam edəcək

"Qeyri-sabit hava şəraiti oktyabrın ortalarına kimi davam edəcək".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.

sürüşməsi hadisələri olacaq

“Sonraki günlərdə hava şəraitinin nisbətən sabit, illik normasına yaxın keçəcəyi gözlənilir. Amma şimaldan gələn hava kütlələri artsa, intensiv yağışlar davam edəcək. Bunun nəticəsində mail yamaclarda torpaq sürüşməsi hadisələri qaçılmaz olacaq. Eyni zamanda, intensiv çaylarda sululuğun artmasına səbəb olur. Bununla da müvəqqəti çay daşqınlarının da baş verməsi gözləniləndir”, - o bildirib.

10 gündür havanın qeyri-sabit keçməsi keçid dövrü ilə bağlıdır

Həmçinin o qeyd edib ki, son 10 gündür havanın qeyri-sabit keçməsi keçid dövrü ilə bağlıdır: “Hazırda şimaldan gələn soyuq hava kütlələri üstünlük təşkil edir. İntensiv yağıntılar nəticəsində dağlıq və dağətəyi rayonlarda, o cümlədən, Goranboy, Daskəsən, Şəki, Zaqatala, Balakən və s. bölgələrində sel hadisələri müşahidə olunub. Bundan əlavə, bitki örtüyü az olan zonalarda, Qəbələdə, Şəkidə və s. regionlarda kiçikmiqyaslı torpaq sürüşmələri də baş verib”.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…