Operativ Məlumat Mərkəzi

İngiltərə klubu Norveç yığmasının üzvünü transfer edib

1 dəq
Paylaş:
İngiltərə klubu Norveç yığmasının üzvünü transfer edib
26 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Razılığa əsasən anlaşmanın müddəti daha 12 ay uzadıla bilər. S.Berqe yeni...

"Fulhem" klubu İngiltərənin digər təmsilçisi "Bernli"dən Norveç yığmasının futbolçusu Sander Berqeni transfer edib.

"Operativ Məlumat Mərkəzi-OMM" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

Razılığa əsasən anlaşmanın müddəti daha 12 ay uzadıla bilər. S.Berqe yeni klubunda 16 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Norveç millisinin üzvü 2023/2024 mövsümündə İngiltərə Premyer Liqasında meydana çıxdığı 37 oyunda 1 qol vurub. 2017-ci ildən əsas yığmaya dəvət alan yarımmüdafiəçi 46 rəsmi oyun keçirib, 1 qol müəllifi olub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər