İndoneziya sahillərində 6,6 bal gücündə zəlzələ qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin episentri 76,2 min nəfərin yaşadığı Tuban şəhərindən 86 km şimal-qərbdə yerləşib. Dərinlik isə 592 km olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.