Operativ Məlumat Mərkəzi

İndiyədək 130 mediator işdən çıxarılıb, 70-dən çoxu barəsində sərt tədbirlər görülüb

1 dəq
Paylaş:
İndiyədək 130 mediator işdən çıxarılıb, 70-dən çoxu barəsində sərt tədbirlər görülüb

“İndiyədək 130 mediator sıralarımızdan xaric edilib”.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Ombudsman Aparatında mediasiya islahatları sahəsində qanunvericiliyin təkminləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 29 dekabr 2022-ci il tarixli, 30590 nömrəli qərarı ilə aidiyyəti qurumlara ünvanlanan məktubun icrası üzrə təkliflərin müzakirəsinə həsr edilən ilkin müzakirə zamanı deyib.

O bildirib ki, 70-dən çox mediator barəsində də sərt tədbirlər həyata keçirilib.

N.Adilov qeyd edib ki, bu il ərzində Mediasiya Şurasına 32 767 iş daxil olub: “Bunlardan 28 748-i ailə mübahisəsi, 2 317-si kommersiya, 1 703-ü isə əmək mübahisələri ilə bağlı olub".

O, ötən illərlə müqayisədə barışıq sazişlərinin artdığını söyləyib: "39-40 faiz artım var".

Bu xəbəri paylaş

Oxşar xəbərlər