Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hindistan 30 il əvvəl Everestdə həlak olan alpinistin cənazəsini geri gətirməyə hazırlaşır

2 dəq
Paylaş:
Hindistan 30 il əvvəl Everestdə həlak olan alpinistin cənazəsini geri gətirməyə hazırlaşır

30 il əvvəl Everestdə həlak olan alpinistin cənazəsini götürməyə hazırlaşır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Hindistanın Hind-Tibet Sərhəd Polisi (ITBP) 1996-cı ildə Everest zirvəsinə yürüş zamanı həlak olan Dorje Morupun cənazəsinin geri qaytarılması üçün hazırlıqlara başlayıb.

Məlumata görə, yüksək dağlıq ərazilərdə xilasetmə üzrə ixtisaslaşmış mütəxəssislərlə danışıqlar artıq aparılır. Alpinistlər arasında ayağındakı yaşıl rəngli botlara görə “Yaşıl Botlar” (Green Boots) kimi tanınan Dorje Morupun qalıqları Everestin 8 min metrdən yüksəkdə və “ölüm zonası” adlandırılan hissəsində qalır.

Bildirilir ki, cənazə dağın Tibet tərəfində, Çin hakimiyyətinin nəzarətində olan ərazidə yerləşdiyindən onun götürülməsi üçün Pekinin rəsmi icazəsi və əlverişli tələb olunur.

Məlumata görə, Çin 2026-cı ilin yaz mövsümündə Everestin Tibet marşrutunu xarici alpinistlərin üzünə bağlayıb və məsələ ilə bağlı hələlik rəsmi mövqe açıqlamayıb.

Qeyd edək ki, 1996-cı ilin mayında Hind-Tibet Sərhəd Polisinin altı nəfərlik ekspedisiyası zirvəyə yaxın ərazidə güclü qar fırtınasına məruz qalmış, və daha iki alpinist həyatını itirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax