Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Diplomat bu barədə özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Səfir təbrik mesajında qeyd edib: "Azərbaycanın hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik! İkitərəfli əlaqələrin daha da güclənəcəyinə ümid edirik".