Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

IMF qlobal tənəzzül riski barədə xəbərdarlıq etdi

2 dəq
Paylaş:
IMF qlobal tənəzzül riski barədə xəbərdarlıq etdi

(IMF) Yaxın Şərqdəki münaqişələrin kəskinləşməsi və neft bazarındakı davamlı böhran səbəbindən dünya iqtisadiyyatının həddinə çatacağı barədə edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu iqtisadi risklər barədə məlumatı "Al-Jazeera" telekanalı yayıb.

Neft Qiymətləri və İqtisadi Artım Üçün 3 Ssenari

IMF analitiklərinə görə, ən pis ssenaridə enerji bazarında təkrarlanan şoklar qlobal iqtisadi artımı cari 3,1 %-dən 2 %-ə qədər yavaşlada bilər. Bu kritik halda neftin bir barelinin orta qiymətinin 2026-cı ildə 110 dolları, 2027-ci ildə isə 125 ABŞ dolları təşkil edəcəyi ehtimal olunur.

Ən əlverişli ssenaridə isə münaqişənin qısamüddətli olacağı proqnozlaşdırılır. Bu halda 2026-cı ilin II yarısında neft qiymətlərinin normallaşacağı və ilin yekunları üzrə bir barel neftin orta qiymətinin təxminən 82 ABŞ dolları olacağı gözlənilir.

Aralıq ssenari münaqişənin daha uzunmüddətli olacağını nəzərdə tutur. Bu ehtimal reallaşarsa, neftin bir barelinin qiyməti təxminən 100 ABŞ dolları səviyyəsində qalacaq və 2027-ci ildə 75 ABŞ dollarına qədər azalacaq. Qlobal iqtisadi artım isə 2025-ci ildəki 3,4 %-dən bu il 2,5 %-ə qədər yavaşlayacaq.

Ekspert Rəyi: Hansı Ssenari Daha İnandırıcıdır?

Telekanal IMF-nin baş iqtisadçısı Pyer-Olivye Qurinşə istinadən bildirir ki, enerji təchizatında fasilələrin davam etməsi qlobal bazarlar üçün ciddi risk yaradır. Münaqişənin başa çatması üçün aydın yolun olmaması şəraitində məhz aralıq və ya əlverişsiz ssenarinin baş verməsi ehtimalı daha yüksək qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax