Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlon Mask 852 milyard dollarla tarixin ən varlı insanı oldu

2 dəq
Paylaş:
İlon Mask 852 milyard dollarla tarixin ən varlı insanı oldu

İlon Mask tarixdə 800 milyard dolları keçən ilk şəxs olub.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “” jurnalının məlumatına görə, amerikalı sahibkar İlon Mask tarixdə sərvəti 800 milyard həddini aşan ilk insan kimi qeydə alınıb.

Nəşr bildirir ki, Maskın sərvətində kəskin artım onun və xAI şirkətlərinin birləşməsi ilə əlaqədardır. Sözügedən razılaşma nəticəsində birləşmiş bizneslərin ümumi dəyəri 1,25 trilyon dollara çatıb. Bu proses Maskın sərvətini 84 milyard dollar artıraraq rekord səviyyəyə — 852 milyard dollara yüksəldib.

Məlumata görə, birləşmədən əvvəl Mask “Forbes” tərəfindən 336 milyard dollar dəyərində qiymətləndirilən SpaceX-in təxminən 42%-nə və 122 milyard dollar dəyərində hesablanan xAI-nin 49%-nə sahib olub. Birləşmədən sonra isə o, birləşmiş şirkətin təxminən 43%-nə, yəni 542 milyard dollar dəyərində paya nəzarət edir. SpaceX hazırda Maskın ən böyük aktivinə çevrilib.

Bundan əlavə, sahibkar Tesla şirkətinin təxminən 12%-nə bərabər olan 178 milyard dollar dəyərində səhmlərinə, eləcə də 124 milyard dollar dəyərində səhm opsionlarına sahibdir. Qeyd olunur ki, bu hesablamalara Tesla-nın uzunmüddətli bazar hədəflərinə çatacağı təqdirdə Mask üçün 1 trilyon dollara qədər gəlir gətirə biləcək potensial bonus paketi daxil edilməyib.

“Forbes” vurğulayır ki, son dörd ay ərzində İlon Mask ardıcıl olaraq 500, 600 və 700 milyard dollarlıq sərvət baryerlərini geridə qoyub. Hazırda o, dünyanın ikinci ən insanı olan “Google”un həmtəsisçisi Larri Peyci böyük fərqlə qabaqlayır. Larri Peycin xalis sərvəti 281 milyard dollar olaraq qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax