Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub - YENİLƏNİB

2 dəq
Paylaş:
İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub - YENİLƏNİB

Aprelin 17-də Antalyada İlham Əliyevin Şimali Kiprin Prezidenti Tufan Erhürmanla görüşü olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tufan Erhürmana Prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycanın Şimali Kiprə göstərdiyi daimi dəstəyə toxunulub.

Prezident Tufan Erhürman buna görə dövlət başçısına təşəkkür edib.

ölkəmizin həmişə Şimali Kiprin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Söhbət zamanı bu ilin aprelində Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edilib.

Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulandı, həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

***

Aprelin 17-də Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kiprin Prezidenti Tufan Erhürmanla görüşü olub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax