Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Türk dünyası yeni qlobal güc mərkəzi olmalıdır

2 dəq
Paylaş:
İlham Əliyev: Türk dünyası yeni qlobal güc mərkəzi olmalıdır

Bu gün Təşkilatının çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşündə deyib.

bildirib ki, keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir:

"Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək".

İlham Əliyev vurğulayıb ki, son 5 ildə Qazaxıstana səkkizinci səfəridir:

"Prezident Tokayev isə Azərbaycana altı dəfə səfər etmişdir. Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırıb. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının ilk dəfə 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü təşəbbüsü artıq ənənəyə çevrilir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax