Əsas məzmuna keç

İlin sonuna kimi metronun əksər stansiyaları QR bilet sisteminə qoşulacaq

İlin sonuna kimi metronun əksər stansiyaları QR bilet sisteminə qoşulacaq

metrosunun əksər stansiyalarının QR ilə əhatə olunması prosesi bu ilin sonuna kimi yekunlaşa bilər.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Metro sözçüsü bütün turniketlərin adıçəkilən sistemə qoşulma prosesinin gələn ilin martına kimi başa çatmasına dair təşkilatçı müəssisə qarşısında tapşırıq qoyulduğunu diqqətə çatdırıb: “Metropolitendə mövcud olan 356 turniketin hər birinin QR bilet sisteminə qoşulması ilə bağlı nə texniki, nə də proqram təminatı baxımından hər hansı problem yoxdur. Məsələ burasındadır ki, onların bu sistemə inteqrasiya olunması ilə bağlı aparılan işlər ancaq gecə saatlarında, yəni metroda sərnişin olmayanda həyata keçirilə bilər. Bununla belə bu ilin sonuna kimi əksər stansiyaların QR bilet sisteminə quşulacağını gözləyirik”.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…