İlin ikinci Ay tutulması başa çatıb - YENİLƏNİB

İlin ikinci Ay tutulması başa çatıb - YENİLƏNİB
Elm və təhsil
29.10.2023 03:20
Aa
dəq

2023-cü ilin son Ay tutulması başa çatıb.

Şamaxı Astrofizika Rəsədxanasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, bu tutulma qismən Ay tutulmasıdır.

Tutulma saat 22:01-də başlayıb, saat 02:26-da isə sona çatıb. Tutulmanın maksimumu saat 00:15-də qeydə alınıb.

 

Qeyd edək ki, cari ilin son tutulma hadisəsini Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik okeanı, Hind okeanı, Arktika və Antarktidada, o cümlədən Azərbaycanda da müşahidə etmək mümkün olub.

***

Bu gün ilin ikinci Ay tutulması başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbiət hadisəsi qismən Ay tutulmasıdır.

Bakı vaxtı ilə saat 22:01:44-də yarımkölgəli, saat 23:35:18-də qismən tutulma başlayacaq. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14:00-da baş verəcək. Saat 00:52:37-də qismən tutulma, saat 02:26:19-da yarımkölgəli tutulma sona çatacaq.

Bu ilin ikinci qismən Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulma hadisəsi Azərbaycan ərazisində də müşahidə olunacaq.

Həftənin ən çox oxunanları