Əsas məzmuna keç

İlham Əliyevin bu təklifi ilə dərhal razılaşdım - Pelleqrini

İlham Əliyevin bu təklifi ilə dərhal razılaşdım - Pelleqrini

İtaliyalı diplomatın Şuşa görüşü ilə bağlı detallar açıqlandı. Prezident İlham Əliyevin təşəbbüsünə dərhal müsbət cavab verən Pelleqrini nələri müzakirə edib?

en ru

Slovakiya Prezidenti Peter Pelleqrini İlham Əliyevin Şuşada danışıqlar aparmaq ilə dərhal razılaşdığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Pelleqrini "AnewZ" telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, Azərbaycanda artıq bir neçə dəfə olmasına baxmayaraq, Şuşaya ilk dəfə səfər edib:

"Bu, mənim Şuşaya ilk səfərimdir. İdeya (danışıqların Şuşada keçirilməsi - red.) İlham Əliyevə məxsusdur, o məndən rəsmi qarşılanma mərasiminin və digər bütün əsas tədbirlərin bu dəfə Bakıda deyil, Şuşada keçirilməsinə razı olub-olmayacağımı soruşdu. Və əlbəttə ki, mən dərhal razılaşdım, çünki bu torpağın tarixini bilirəm".

P. Pelleqrini qeyd edib ki, o və bütün şəhərdə aparılan bərpa işlərinə heyran qalıb:

"Deməliyəm ki, ilk dəqiqədən bütün nümayəndə heyətimiz infrastruktura edilən irimiqyaslı yatırımlara və burada baş verənlərə heyran qalıb".

Xatırladaq ki, Slovakiya Prezidenti 13-15 iyul tarixlərində Azərbaycanda rəsmi səfərdə olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…