İlham Əliyev: "Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir"

İlham Əliyev: "Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir"
28.01.2023 15:16
Aa
dəq

"BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir"

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatlarla çıxış edən zaman deyib.

"Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcəkdir", - dövlət başçısı vurğulayıb.

Həftənin ən çox oxunanları

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib
DAVAMIN OXU davamın oxu