Azərbaycan Prezidenti Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə görüşdə regional məsələlər haqqında danışıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident İlham Əliyev separatizmin bütün forma və təzahürlərinin qəbuledilməz olduğunu vurğulayıb və separatizmə münasibətdə vahid yanaşmanın olmasının zəruriliyini qeyd edib.
Azərbaycan Prezidenti eyni zamanda, Ermənistanın qeyri-konstruktiv mövqeyinə də toxunub. Ermənistanın Laçın yolundan hərbi və qeyri-qanuni daşımalar üçün istifadə etməsi, Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərimizdə hələ də hərbi mövcudluğunu qoruması, ərazidə hələ də Ermənistana məxsus hərbi texnikanın olması Almaniya prezidentinin diqqətinə çatdırılıb.