Azərbaycan prezidenti İlham Əliyev sabah Türkiyəyə gedəcək.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bununla bağlı "TRT Haber" məlumat yayıb.
Kommunikasiya direktoru Fahrettin Altun sosial media hesabında Azərbaycan prezidenti Əliyevin prezident Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə səfər edəcəyini bildirib.
"Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2023-cü ilin fevralında ölkəmizdə baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adı altında inşa edilən daimi yaşayış evi layihəsinin açılışı olacaq. Səfər zamanı, həmçinin cari regional hadisələr, o cümlədən Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə dair fikir mübadiləsinin aparılması da nəzərdə tutulub", - paylaşımda deyilir.