Əsas məzmuna keç

İlham Əliyev Monqolustan Prezidentinə təbrik məktubu göndərib

İlham Əliyev Monqolustan Prezidentinə təbrik məktubu göndərib

Azərbaycan lideri Ulan-Batorla diplomatik əlaqələri gücləndirmək üçün Uxnaagiyn Xürelsüxə rəsmi müraciət ünvanlayıb. İki ölkə arasında əməkdaşlıq nələri əhatə edir?

en ru

Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxa ünvanlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab ,

11 İyul – Monqolustanın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Qarşılıqlı hörmətə və etimada əsaslanan Azərbaycan-Monqolustan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz xoş ənənələr üzərində qurulmuş bu əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk.

İnanıram ki, xalqlarımızın mənafeləri naminə ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…