Əsas məzmuna keç

İlham Əliyev Makronu təbrik etdi

İlham Əliyev Makronu təbrik etdi

Azərbaycan Prezidenti Fransa lideri Emmanuel Makronu yenidən seçilməsi münasibətilə təbrik edib. İki ölkə arasındakı diplomatik münasibətlərdə növbəti addım.

en ru

İlham Əliyev fransalı həmkarı Emmanuel təbrik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, təbrikdə deyilir:

"Fransa Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza təbriklərimi çatdırıram.

Sizinlə son telefon danışıqlarımız və keçən il Kopenhagendə görüşümüz zamanı Azərbaycan-Fransa gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrimizin bugünkü vəziyyəti və gələcək perspektivlərinə dair apardığımız səmərəli müzakirələr dövlətlərarası münasibətlərimizin tarixində yeni dövrün başladığını söyləməyə əsas verir.

İnanıram ki, xalqlarımızın mənafeləri naminə dərin tarixi köklərə və zəngin ənənələrə malik münasibətlərimizin iqtisadi, mədəni, təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişafı üçün birgə səylərimizi bundan sonra da tərəfdaşlıq ruhunda davam etdirəcəyik.

Bu bayram günündə Fransa xalqına əmin-amanlıq və rifah arzulayıram".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…