Əsas məzmuna keç

İlham Əliyev Lyuk Friden ilə görüşüb

İlham Əliyev Lyuk Friden ilə görüşüb

görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr müzakirə olundu. Lüksemburqun Baş naziri Azərbaycan və region haqqında daha çox məlumatın əldə...

Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Böyük Hersoqluğunun Baş naziri ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələr müzakirə olundu.

Lüksemburqun Baş naziri Azərbaycan və region haqqında daha çox məlumatın əldə edilməsinin və regionun sabitliyinin ölkəsi üçün vacibliyini bir daha vurğuladı. O, Lüksemburqun regional siyasətinin balanslı xarakter daşıdığını diqqətə çatdırdı.

Dövlətimizin başçısı regional proseslər barədə məlumat verərək bölgəyə münasibətdə balanslı siyasətin və bütün tərəflərin mövqeyinə hörmətlə yanaşılmasının önəmini qeyd etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunularaq, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu vurğulandı.

Azərbaycan ilə Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə, investisiyalar, daşımaları və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Azərbaycanın Avropa İttifaqı və İttifaqa üzv ölkələr ilə çox yaxın əlaqələrə malik olduğu qeyd edildi. Avropa Siyasi Birliyi platformasının müzakirələrin aparılması üçün vacib məkan olduğu bildirildi.

Görüşdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulandı.

Lüksemburqun Baş naziri bu tədbirdə iştirak etmək niyyətində olduğunu diqqətə çatdırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…