Əsas məzmuna keç

İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

İlham Əliyev martın 15-də İsrailin sabiq naziri Tzipi Livnini qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, görüşdə XI Qlobal Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə xeyli sayda qonağın iştirak etdiyi və təmsil olunan beynəlxalq institutların sayının artmasının önəmi vurğulandı.

Bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.

Tzipi Livninin Qlobal Bakı Forumunda ənənəvi olaraq iştirak etdiyi qeyd olundu.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…