Əsas məzmuna keç

İlham Əliyev "France 24"ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışıb

İlham Əliyev "France 24"ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışıb

Münxendə mühüm bəyanat: Dövlət başçısı Qarabağdakı müharibə cinayətkarlarına kəsilən ömürlük həbs və məhkəmə hökmlərinin detallarını açıqladı. Prosesin təfərrüatları burada.

en ru

Onlar bizim ərazimizdə, da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləridir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev Münxendə "France 24" telekanalının müxbirinin hərbi məhkəmənin Qarabağ bölgəsinin 13 şəxsinə ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə həbs cəzası verməsinə dair qərarı ilə bağlı suala cavabında bildirib.

"Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz", - dövlətimizin başçısı əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…